AZ

Rumıniyada yeni prezident seçildi

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin hazırkı meri, müstəqil avropapərəst namizəd Nikusor Dan 54,17% səslə qalib gəlib.

Publika.az xəbər verir ki, nəticələr bülletenlərin 98,56%-i işləndikdən sonra Daimi Seçki Administrasiyasının saytında dərc edilib.

Onun rəqibi, Rumınların Birləşməsi uğrunda millətçi Alyansın lideri George Simion 45,83% səs toplayıb.

Media Danı qalib elan edib: namizədlər arasında 898 min səs fərqi var, 850 mini isə hesablanmamış qalıb.

Seçilən
0
3
publika.az

10Mənbələr