Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Dan ifrat sağçı namizəd Corc Simionu qabaqlayır.
APA xəbər verir ki, səslərin ilkin hesablanması bunu deməyə əsas verir.
54% səs toplayan Rumıniya paytaxtının meri 46% səs toplayan ifrat sağçı Rumınların Birləşməsi Alyansının namizədi George Simionu qabaqlayır.
Seçkilərdə iştirakın 65%-ə yaxın olduğu bildirilir.
Qeyd edək ki, Rumıniyada təkrar prezident seçkilərinin birinci turu mayın 4-də keçirilib. Simion 40,5 faiz səslə seçkidə qalib gəlib. Nikuşor Dan isə 21% səs toplayıb.