EN

Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb

Yazını böyüt
Yazını kiçilt

Həftəsonu qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub.

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 10-da və 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 qumbara, 3 alışdırıcı, 15 tüfəng, 23 patron darağı və 1510 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Chosen
0
34
hafta.az

10Sources