Bakı, 9 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 3 tüfəng, 3 patron darağı və 78 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.