AZ

Qanunsuz saxlanılan silahlarla bağlı əməliyyatlar

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Mayın 10-da və 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 qumbara, 3 alışdırıcı, 15 tüfəng, 23 patron darağı və 1510 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bundan əlavə, paytaxt Bakıda anunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində də tədbirlər davam etdirilir. Növbəti profilaktik tədbirlər nəticəsində 3 nəfər könüllü olaraq 2 avtomat silahı, 1 tapança və 13 patronu polisə təhvil verib.

Həmçinin, paytaxtın ayrı-ayrı rayonlarında ümumilikdə 2 avtomat silahı, 1 tapança, 1 patron darağı və 8 patron polis əməkdaşları tərəfindən tapılaraq götürülüb.

P.ƏMİRCANOV
XQ

Seçilən
0
34
xalqqazeti.az

10Mənbələr