EN

Rubio: ABŞ-ın Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir

Bakı, 12 may, AZƏRTAC

ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı deyib.

Hindistan və Pakistan arasında gərginləşən münaqişəni də müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini saxlamasının və təmasları davam etdirməsinin vacibliyini vurğulayıblar.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynanı rusiyalı həmkarı Vladimir Putinin təklif etdiyi və mayın 15-də Türkiyədə baş tuta biləcək danışıqlara dərhal razılaşmağa çağırıb.

Kremldə jurnalistlərə açıqlama verən Rusiya Prezidenti Kiyev hakimiyyətinə 2022-ci ildə dayandırılan İstanbul danışıqlarını ilkin şərt olmadan bərpa etməyi təklif edib.

 

Chosen
0
6
azertag.az

8Sources