AZ

Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir

BAKI, 12 may. TELEQRAF

ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə telefon danışığı zamanı deyib.

Dövlət Departamentinin bəyanatında deyilir: “Dövlət katibi ABŞ-nin Rusiya və Ukrayna arasında müharibə ilə bağlı mövqeyini təkrarladı: Bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoymaq və dərhal atəşkəsə nail olmaqdır”.

Hindistan və Pakistan arasında gərginləşən münaqişəni müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini saxlaması və təmasları davam etdirməsinin vacibliyini də vurğulayıblar.

Seçilən
0
4
teleqraf.com

8Mənbələr