AZ

Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir

ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəsin təmin olunması və hərbi əməliyyatların dayandırılmasıdır.

Operativ Media xəbər verir ki, bu barədə bazar günü ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı bildirib.

Dövlət katibi ABŞ-nin Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı mövqeyini təkrarlayıb.

"Bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoymaq və dərhal atəşkəsə nail olmaqdır”, -  deyə o, bildirib.

Hindistan və Pakistan arasında gərginləşən münaqişəni müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini qoruyub saxlamasının və qarşılıqlı təmasları davam etdirməsinin vacibliyini vurğulayıblar.

Bəyanatda deyilir: "Dövlət katibi ABŞ-nin Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və kommunikasiya imkanlarının yaxşılaşdırılması üçün davamlı səyləri təşviq edib".

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukraynanı rusiyalı həmkarı Vladimir Putinin təklif etdiyi və mayın 15-də Türkiyədə baş tuta biləcək danışıqlara dərhal razılıq verməyə çağırıb.

Seçilən
0
6
operativmedia.az

8Mənbələr