EN

"Fiziki yorğunluğun olması normaldı" - Aqil Nəbiyev

16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Aqil Nəbiyev Binə stadionunda Belarusun müvafiq yaş qrupuna qarşı keçirilən yoxlama görüşündən (2:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, o, qələbələrin ardın gələcəyinə inandığını bildirib:

“Bu kollektivlə 2025-ci ildə keçirdiyimiz ilk toplanışdı. Futbolçularımız ayın əvvəlindən liqalarda pley-off oyunlarına çıxmışdılar. Bu səbəbdən, demək olar ki, tam komanda şəklində məşq edə bilməmişik. Fiziki yorğunluğun olması normaldı. Təbii ki, belədə arzulanan oyunu sərgiləmək çətin olur. Qalibiyyətə sevinirik. İnanıram ki, bu qələbələrin ardı gələcək. Nəzərə alaq ki, bu futbolçuların beynəlxalq təcrübələri azdı. Belə oyunlarda çıxış etdikcə daha yaxşı performansı ortaya qoyacaqlar”.
Chosen
0
11
football-plus.az

10Sources