AZ

Aqil Nəbiyev: “İnanıram ki, bu qələbələrin ardı gələcək”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Belarus yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, U-16 millimiz bu gün Binə stadionunda Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama görüşü keçirib.

Qarşılaşma Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bu kollektivlə 2025-ci ildə keçirdiyimiz ilk toplanışdır. Futbolçularımız ayın əvvəlindən liqalarda pley-off oyunlarına çıxmışdılar. Bu səbəbdən, demək olar ki, tam komanda şəklində məşq edə bilməmişik. Fiziki yorğunluğun olması normaldır. Təbii ki, belədə arzulanan oyunu sərgiləmək çətin olur. Qalibiyyətə sevinirik. İnanıram ki, bu qələbələrin ardı gələcək. Nəzərə alaq ki, bu futbolçuların beynəlxalq təcrübələri azdır. Belə oyunlarda çıxış etdikcə daha yaxşı performansı ortaya qoyacaqlar”.

Qeyd edək ki, U-16 millimiz Belarus yığması ilə mayın 11-də ikinci yoxlama görüşündə qarşılaşacaq. Eyni məkanda keçiriləcək oyuna saat 17:00-da start veriləcək.

Seçilən
0
11
arena.az

10Mənbələr