EN

Ceyhun Bayramovun türkmənistanlı həmkarı ilə telefon danışığı olub

Bakı. Trend:

8 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramovun Türkmənistan Nazirlər kabinetininsədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə telefondanışığı baş tutub.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,nazirlər iki ölkə arasında mövcud gündəlik üzrə əməkdaşlıqəlaqələrinin möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərimüzakirə ediblər. Nazirlər iki xalq arasında tarixən mövcud olanənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daAzərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətlərizəminində daha da inkişaf edəcəyinə əminliklərini ifadəediblər.

İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarısəviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin,həmçinin XİN-lərarası məsləhətləşmələrin vacibliyi qeyd olunub.

Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalqtəşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıqməsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digərikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Chosen
0
27
az.trend.az

10Sources