AZ

Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb

Mayın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı olub.Bu barədə XİN-dən bildirilib.

Nazirlər iki ölkə arasında mövcud gündəlik üzrə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə edib,tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin vacibliyi qeyd olunub,regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Seçilən
0
29
anews.az

10Mənbələr