EN

Azərbaycanda 4 100 nəfər talassemiya xəstəsi var - RƏSMİ

Hazırda Azərbaycanda 4 100 nəfər talassemiya daşıyıcısıdır.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Talassemiya Mərkəzinin baş həkimi Səhər İsmayılova deyib.

Onun sözlərinə görə, 3 200 nəfər rəsmi qeydiyyatdadır.

S.İsmayılova əlavə edib ki, bu xəstəlikdə cins nisbəti bərabərdir, yaş aralığı isə xəstəliyin növünə görə dəyişə bilir:

"2015-ci ildən ölkədə nikaha daxil olan cütlüklərdən bu xəstəliyin analizləri tələb olunur. Elə bu müayinələr nəticəsində bəlli olub ki, əhalinin 4 faizi daşıyıcıdır".

Baş həkim bildirib ki, nəticlərdən onu deməyə əsas verir ki, iki daşıyıcı bir- biri ilə evlənərsə 25 faiz ehtimalla xəstə uşaq doğular, 25 faiz ehtimalla sağlam, 50 faiz ehtimalla isə ana və ata kimi daşıyıcı doğulacaq:

"Qohum nikahlarına qoyulan məhdudiyyətlər də işimizi asanlaşdırır. Bildiyiniz kimi bir çox irsi xəstəliklərin başlıca səbəbi məhz qohum evlilikləri idi".


Telegram kanalımız
Chosen
0
8
yenisabah.az

9Sources