AZ

Dövrün bəlası - Talassemiya

“Hazırda Azərbaycanda 400 min nəfər talassemiya daşıyıcısıdır”. 

Bunu "Report"a açıqlamasında Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib. 

Talassemiya bəlası günümüzün əsas bəlalarından biri sayılır.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, talassemiya irsi xəstəlikdir, bu, qandakı hemoqlabin zəncirinin 4 genində olan genlərin defektidir:

 “Talassemiya bir və ya iki gen daşıyıcılığı, xəstəlik kimi ayırd edilir. Bir gen daşıyıcılığı yüngül, iki gen daşıyıcılığı ağır sayılır. Əgər bir daşıyıcı ilə bir sağlam evlənirsə, uşaq ola bilsin ki, sağlamdan gen götürsün və tam sağlam olsun. Əgər hər iki daşıyıcı evlənirsə, 25 faiz halda uşaq xəstə doğula bilər. Yəni bu, nəzərə alınmalıdır. Ona görə də bunların yoxlanması vacibdir və hamiləlik zamanı uşaq nəzarət altında olmalıdır. Hər bir cütlük, hətta onlar ikisi də daşıyıcıdırsa, gələcəkdə ailələrində talassemiyalı uşaqların doğulmaması üçün məsləhətlər verilir”.

Sevinc

Seçilən
0
8
hit.az

9Mənbələr