ABŞ Federal Ehtiyat Sistemi (FED, mərkəzi bank) faiz dərəcələrini 4,25% - 4,50% aralığında sabit saxlayıb.
Bazarlarda da FED-in faiz aralığında dəyişiklik edəcəyi gözlənilmirdi.
Prezident Donald Trump-ın əlavə gömrük tarifləri və iqtisadiyyatı ətrafında qeyri-müəyyənlik FED-i gözləmə mövqeyində qalmağa məcbur edir. FED Donald Trampın əlavə gömrük tariflərinin inflyasiyaya və iqtisadiyyat təsirlərini görmək istəyir.
Treyderlər FED sədri Jerome Powell-in açıqlamalarını diqqətlə dinləyəcəklər, çünki onun mərkəzi bankın faiz dərəcələrini azaldıb-azdırmayacağına daha çox işıq salacağına ümid edirlər.
FED, tarif təsirini qiymətləndirməyi gözlədiyi üçün dekabr ayında etdiyi son faiz endirimindən bəri pauza rejimindədir.