AZ

Qlobal bazarlar FED-in faiz qərarını gözləyir

ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) bu gün Bakı vaxtı ilə saat 22:00-da faiz qərarını açıqlayacaq.

Marja.az xəbər verir ki, Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların orta gözləntiləri FED-in faiz dərəcəsi diapazonunu 4,25-4,50 faiz aralığında sabit (dəyişməz) saxlayacağıdır.

ABŞ prezidenti Donald Tramp tez-tez FED-i faiz dərəcələrini endirməyə çağırsa da, mərkəzi bank rəsmiləri əlavə gömrük tariflərinin ABŞ iqtisadiyyatına təsirini daha aydın görünənə gözləməyin məqsədəuyğun olduğunu bildiriblər.

İdxal olunan mallara tətbiq edilən aqressiv gömrük rüsumları (tariflər) istehlakçıların ABŞ-a inamını sarsıtdığı üçün ev təsərrüfatları istehlak qiymətlərinin mümkün artımı və əmək bazarının zəifləməsi riskinə hazırlaşır. Bununla belə, son məlumatlar mart ayında inflyasiyanın yavaşladığını, işsizlik səviyyəsinin  aprel ayında sabit qalldığını göstərib.

FED sədri Cerom Puell (Jerome Powell) qərar açıqlandıqdan sonra Bakı vaxtı ilə saat 22:30-da mətbuat konfransı keçirəcək.

Seçilən
0
32
marja.az

10Mənbələr