EN

"Masdar" Abşeron-Qaradağ bölgəsində külək elektrik stansiyasının tikintisinin başlanacağı tarixi açıqlayıb

Bakı, TurkicWorld

Azərbaycanın Abşeron-Qaradağ bölgəsində 240 MVt gücündə yerüstü külək elektrik stansiyasının tikintisi ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq.

Bunu TurkicWorld -in Milana ezam olunmuş xüsusi müxbirinə "Masdar" şirkətinin MDB üzrə biznesin və inverstisiyaların inkişafı departamentinin rəhbəri Məryəm Rəşid Əl-Mazrui Asiya İnkişaf Bankının Milanda keçirilən 58-ci İllik İclası çərçivəsində bildirib.

"Layihə üzrə sazişi ötən il imzalamışıq. Layihəni tərəfdaşlarımızla birgə həyata keçiririk və bu mərhələdə o, inkişafın sürətlə irəliləyən mərhələsindədir. Ümid edirik ki, tezliklə maliyyə bağlanışı mərhələsinə çatacağıq", – deyə o bildirib.

Xatırladaq ki, 2024-cü ilin iyun ayında "Masdar" və SOCAR Azərbaycanda ümumi gücü 1 giqavat (GVt) olan günəş və külək enerjisi üzrə üç iri layihənin gerçəkləşdirilməsinə start veriblər.

Söhbət üç layihədən gedir: Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ regionunda 240 MVt gücündə yerüstü külək elektrik stansiyası. Bu layihələr üzrə investisiya sazişləri 2023-cü ilin oktyabr ayında əldə olunub, bundan sonra elektrik enerjisinin alqı-satqısı, şəbəkəyə qoşulma və torpaq icarəsi ilə bağlı sazişlər imzalanıb.

Chosen
0
4
turkic.world

8Sources