Milan. Trend:
Azərbaycanda 445 MVt gücündə “Biləsuvar” günəş elektrikstansiyasının və 315 MVt gücündə “Neftçala” elektrik stansiyasınınişə salınması gələn ilə nəzərdə tutulub.
Bunu Trend-inMilana ezam olunmuş xüsusi müxbirinə “Masdar” şirkətinin MDB üzrəbiznesin və inverstisiyaların inkişafı departamentinin rəhbəriMəryəm Rəşid Əl-Mazrui Asiya İnkişaf Bankının Milanda keçirilən58-ci İllik İclası çərçivəsində bildirib.
“Hər iki stansiya inşa mərhələsindədir və onların işə salınmasıgələn ilə planlaşdırılır. Biz Bakıda COP29 zamanı elan etdiyimizmaliyyə bağlanmasına nail olduq. Onların tamamlanması təxminən biril və ya bir il yarım çəkəcək, buna görə də buraxılış gələn ilinəvvəlində baş tuta bilər. Onlar tam gücü ilə istifadəyə veriləcək”,-deyə o bildirib.
Məryəm Raşid Əl-Məzrui həmçinin vurğulayıb ki, “Masdar” şirkətiAzərbaycanda yüksək fəallıq nümayiş etdirir.
“Azərbaycan bizim strategiyamızda açar mövqedə dayanır. Bizgünəş elektrik stansiyasına dair ilk layihəni həyata keçirmişik vəhazırda daha üç layihəni irəlilətməkdəyik. Biz ölkədəmövcudluğumuzu genişləndirmək və inkişaf etdirmək məqsədilənazirliklərlə, eləcə də özəl sektorla fəal əməkdaşlıq edirik,” -deyə o əlavə edib.
Xatırladaq ki, 2024-cü ilin iyun ayında “Masdar” və SOCARAzərbaycanda ümumi gücü 1 giqavat (GVt) olan günəş və küləkenerjisi üzrə üç iri layihənin gerçəkləşdirilməsinə startveriblər.
Söhbət üç layihədən gedir: Biləsuvarda 445 MVt gücündə günəşelektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrikstansiyası və Abşeron-Qaradağ regionunda 240 MVt gücündə yerüstükülək elektrik stansiyası. Bu layihələr üzrə investisiya sazişləri2023-cü ilin oktyabr ayında əldə olunub, bundan sonra elektrikenerjisinin alqı-satqısı, şəbəkəyə qoşulma və torpaq icarəsi iləbağlı sazişlər imzalanıb.