AZ

"Masdar" Abşeron-Qaradağ bölgəsində külək elektrik stansiyasının tikintisinin başlanacağı tarixi açıqlayıb

Milan. Trend:

Azərbaycanın Abşeron-Qaradağ bölgəsində 240 MVt gücündə yerüstükülək elektrik stansiyasının tikintisi ya bu ilin sonunda, ya dagələn ilin əvvəlində başlayacaq.

Bunu Trend-inMilana ezam olunmuş xüsusi müxbirinə “Masdar” şirkətinin MDB üzrəbiznesin və inverstisiyaların inkişafı departamentinin rəhbəriMəryəm Rəşid Əl-Mazrui Asiya İnkişaf Bankının Milanda keçirilən58-ci İllik İclası çərçivəsində bildirib.

“Layihə üzrə sazişi ötən il imzalamışıq. Layihənitərəfdaşlarımızla birgə həyata keçiririk və bu mərhələdə o,inkişafın sürətlə irəliləyən mərhələsindədir. Ümid edirik ki,tezliklə maliyyə bağlanışı mərhələsinə çatacağıq”, – deyə obildirib.

Xatırladaq ki, 2024-cü ilin iyun ayında “Masdar” və SOCARAzərbaycanda ümumi gücü 1 giqavat (GVt) olan günəş və küləkenerjisi üzrə üç iri layihənin gerçəkləşdirilməsinə startveriblər.

Söhbət üç layihədən gedir: Biləsuvarda 445 MVt gücündə günəşelektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrikstansiyası və Abşeron-Qaradağ regionunda 240 MVt gücündə yerüstükülək elektrik stansiyası. Bu layihələr üzrə investisiya sazişləri2023-cü ilin oktyabr ayında əldə olunub, bundan sonra elektrikenerjisinin alqı-satqısı, şəbəkəyə qoşulma və torpaq icarəsi iləbağlı sazişlər imzalanıb.

Məqalədə:
Seçilən
0
4
az.trend.az

8Mənbələr