"Bu hücumların arxasında birbaşa İran dayanır. İsrail ölkəmizin əsas hava limanına hücuma görə husilərə və onların İranlı terrorçu sahiblərinə istənilən vaxt və istənilən yerdə cavab verəcək", - deyə Netanyahu qeyd edib.
Məlumata görə, 4 may tarixində İsrailin Ben Qurion Hava Limanında ballistik raketin partlaması nəticəsində üç nəfər yaralanıb. Hadisədən sonra Təl-Əviv daxil olmaqla, Mərkəzi İsrailin bir çox bölgəsində hava həyəcanı elan edilib. Beynəlxalq hava limanı yaxınlığında raket qalıqlarının yerə düşdüyü bildirilib.
İsrailin hava hücumundan müdafiə sistemi raketi aşkar etsə də, onu zərərsizləşdirə bilməyib. Bu, husilərin İsrailə mütəmadi olaraq raket atmalarına baxmayaraq, ilk dəfə ölkənin əsas hava limanına birbaşa zərbə endirməsi ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31