BAKI, 12 may. TELEQRAF
Nigeriyanın mərkəzində yerləşən Benue əyalətində silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə “Agence France-Presse” Qızıl Xaç Cəmiyyətinə istinadən məlumat yayıb.
Məlumata görə, bunlar dörd kənddə baş vermiş ayrı-ayrı hadisələrdir. Yerli Qırmızı Xaç Cəmiyyətinin sözçüsü Entoni Aba deyib: “Gələn xəbərlər müxtəlif hücumlar nəticəsində ən azı 23 nəfərin öldüyünü təsdiqləyir".
Bildirilir ki, Nigeriyanın mərkəzində əraziyə nəzarət etmək üçün köçəri çobanlarla fermerlər arasında müntəzəm olaraq toqquşmalar baş verir. Çobanların çoxu müsəlman, fermerlərin əksəriyyəti isə xristian olduğundan, bu toqquşmalar çox vaxt dini və ya etnik xarakter alır.
Eyni bölgədə bir müddət öncə analoji hücumlarda 56 nəfər həlak olmuşdu.