AZ

Nigeriyada toqquşmalarda 23 nəfər öldü

Nigeriyanın mərkəzində yerləşən Benue əyalətində silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Qırmızı Xaç Cəmiyyət”nin məlumatında deyilir.

Bildirilib ki, bunlar şənbə günü dörd kənddə baş vermiş ayrı-ayrı hadisələrdir.

"Ərazidən gələn xəbərlər müxtəlif hücumlar nəticəsində ən azı 23 nəfərin öldüyünü təsdiqləyir. Daha bir neçə nəfər yaralanıb”, - cəmiyyətin sözçüsü Entoni Aba bildirib.

Qeyd edilir ki, Nigeriyanın mərkəzində əraziyə nəzarət etmək uğrunda köçəri çobanlarla fermerlər arasında müntəzəm olaraq toqquşmalar baş verir. Çobanların çoxu müsəlman etnik, fermerlərin çoxu isə xristian olduğu üçün bu toqquşmalar çox vaxt dini və ya etnik xarakter alır.

Seçilən
0
7
axar.az

10Mənbələr