AZ

Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb

Nigeriyanın mərkəzində yerləşən Benue əyalətində silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Agence France-Presse" Qızıl Xaç Cəmiyyətinə istinadən məlumat yayıb.

Yerli Qırmızı Xaç Cəmiyyətinin sözçüsü Entoni Aba deyib: "Sahədən gələn xəbərlər müxtəlif hücumlar nəticəsində ən azı 23 nəfərin öldüyünü təsdiqləyir. Daha bir neçə nəfər yaralanıb.".

Xatırladaq ki, Nigeriyanın mərkəzində əraziyə nəzarət etmək üçün köçəri çobanlarla fermerlər arasında müntəzəm olaraq toqquşmalar baş verir.

Çobanların çoxu müsəlman etnik, fermerlərin çoxu isə xristian olduğundan, bu toqquşmalar çox vaxt dini və ya etnik çalar alır.

Seçilən
0
6
operativmm.az

10Mənbələr