Nigeriyanın mərkəzində yerləşən Benue əyalətində silahlı hücumlar nəticəsində azı 23 nəfər həyatını itirib.
Operativ Media xəbər verir ki, Bu barədə “Agence France-Presse” Qızıl Xaç Cəmiyyətinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu, mayın 10-da dörd kənddə baş vermiş ayrı-ayrı hadisələr nəticəsində baş verib. Yerli Qızıl Xaç Cəmiyyətinin sözçüsü Entoni Aba “Sahədən daxil olan məlumatlar müxtəlif hücumlar nəticəsində azı 23 nəfərin öldüyünü təsdiqləyir”, - deyə bildirib.
Hadisə zamanı bir neçə nəfər də yaralanıb.
AFP-nin qeyd etdiyi kimi, Nigeriyanın mərkəzində köçəri çobanlarla fermerlər arasında əraziyə nəzarət uğrunda mütəmadi toqquşmalar baş verir. Çobanların çoxunun müsəlman, fermerlərin isə xristian olması bu qarşıdurmalara tez-tez dini və etnik çalar verir.
Qeyd edək ki, eyni bölgədə bir ay əvvəl baş vermiş analoji hücumlarda 56 nəfər həlak olmuşdu.