AZ

ABŞ-dən Ukrayna ilə bağlı çağırış- ÖZƏL

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlarda təcili irəliləyişə ehtiyac var. Olaylar.az xəbər verir ki, o, bu fikirləri "Fox News"a verdiyi müsahibəsində səsləndirib.
Rubio qeyd edib ki, ABŞ-nin bu məsələyə nə qədər müddət ayıracağına prezident Donald Tramp qərar verəcək:
"Bu məsələyə daha nə qədər vaxt ayıracağımız barədə qərarı prezident Tramp verəcək. Danışıqlarda müəyyən yaxınlaşmalar olsa da, tərəflər hələ də bir-birindən uzaqdır və təcili şəkildə irəliləyiş zəruridir."
Dövlət katibi eyni zamanda bildirib ki, "Ukraynanın Rusiyanı 2014-cü il sərhədlərinə qədər geri oturtması mümkün deyil və bu reallıqla barışmaq lazımdır."
ABŞ Dövlət Departamentinin nümayəndəsi Temmiy Brus isə əlavə edib ki, Vaşinqton bundan sonra Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamaq niyyətində deyil:
"Artıq Moskva və Kiyev arasında birbaşa danışıqların zamanı çatıb," - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
50
olaylar.az

10Mənbələr