Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/4 final cütləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası sabah saat 17:30-da İngiltərə yığmasını sınağa çəkəcək.

Həmyerlilərimiz yarımfinala çıxacaqları təqdirdə, Monteneqro- Çexiya cütünün qalibi ilə görüşəcəklər.

Çexiya kollektivi 2017-ci ildə, sayca 2-ci dünya çempionatının qalibi olub.

1/4 final, 29 may

17:30 İngiltərə - AZƏRBAYCAN 

19:00 Macarıstan- Mavritaniya

20:30 Monteneqro- Çexiya

22:00 Bosniya və Herseqovina - Serbiya

Xatırladaq ki, yığmamız 1/8 finalda son dünya çempionu Rumıniyanı mübarizədən kənarlaşdırıb.

Onu da əlavə edək ki, 32 milli komandanın Milli Gimnastika Arenasında yarışdığı turnirə iyunun 1-də yekun vurulacaq.