Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsi başlayıb.
Sportinfo.az xəbər verir ki, bu mərhələnin ilk oyun gününə 4 matç nəzərdə tutulub.
A qrupunu lider kimi başa vuran Azərbaycan millisi B qrupunun ikincisi və son dünya çempionu olan Rumıniya ilə qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan millimiz (2:1) turnirin 1/4 finalına adlayıb.
Həmçinin növbəti mərhələyə İngiltərə, Macarıstan və Mavritaniya milliləri yüksəlib.
Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0).
Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
İngiltərə - Bolqarıstan - 2:2, pen - 3:1
Portuqaliya - Macarıstan - 2:3
Azərbaycan - Rumıniya - 1:1, pen - 2:1
Fransa - Mavritaniya - 0:1