AZ

Cənubi Azərbaycan klubu baş məşqçisi ilə 2 illik müqavilə bağladı

"Traktor" baş məşqçi Draqan Skoçiçlə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin müqaviləsinin müddəti uzadılıb.

Bu barədə Cənubi Azərbaycan klubunun mətbuaat xidməti məlumat yayıb.

56 yaşlı çalışdırıcı 2026/2027 mövsümünün sonuna kimi komandanı çalışdıraqcaq.

Draqan Skoçiç ötən ilin yayında "Traktor"un baş məşqçisi təyin olunub. "Qırmızı qurdlar" onun rəhbərliyi altında tarixi ərzində ilk dəfə İran çempionu olmağı bacarıb.

Seçilən
0
3
sportinfo.az

10Mənbələr