"Nürnberq"dən ayrılan Mahir Emreli Almaniyanın II Bundesliqasında daha bir klubun maraq dairəsinə düşüb.
Sportinfo.az "Kicker"ə istinadən xəbər verir ki, millimizin hücumçusu “Kayzerslautern” və bir neçə Bundesliqa klubları ilə yanaşı, “Fortuna”nın (Düsseldorf) da transfer siyahısında yer alıb.
“Bakı”nın yetirməsi olan 27 yaşlı forvard indiyədək “Qarabağ”, “Legiya”, “Dinamo”(Zaqreb) və “Konyaspor”un formasını geyinib.