Təhlükəsizlik qüvvələri Liviyanın paytaxtı Tripolidə nümayişçilərə atəş açıb, nəticədə bir neçə nəfər yaralanıb.
Parol.az xəbər verir ki, bu haqda Liviyanın “Al Masar” telekanalı məlumat yayıb.
“Milli Birlik Hökumətinin rəhbəri Abdelhamid Dbeibaha bağlı qüvvələrin nümayişçilərə atəş açması nəticəsində bir neçə nümayişçi yaralanıb”, - telekanalın açıqlamasında deyilir.
Qeyd edək ki, bazar ertəsi axşam Liviya prezident şurasının təhlükəsizlik xidmətinin rəhbəri Abdel Qani əl-Kikli Tripolidə öldürülüb, şəhərin cənubunda bir neçə bölgədə atışma başlayıb, silahlı toqquşmalar baş verib.