Liviyanın şimal-qərbində yerləşən əz-Zaviyə şəhərinin cənubundakı neft kəmərlərindən birində sızma baş verib.
Publika.az xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (“National Oil Corporation” NOC) feysbukdakı səhifəsində məlumat yayıb.
“NOC-un texniki xidmət və qəza-xilasetmə komandası əz-Zaviyə şəhərinin cənubunda boru kəmərində baş vermiş neft sızmasının aradan qaldırılması üçün işlərini davam etdirir”, - mətndə vurğulanır.