AZ

Liviyanın neft kəmərində sızma oldu

Liviyanın şimal-qərbində yerləşən əz-Zaviyə şəhərinin cənubundakı neft kəmərlərindən birində sızma baş verib.
 
Bu barədə Liviyanın Milli Neft Korporasiyası (“National Oil Corporation” NOC) feysbukdakı səhifəsində məlumat yayıb.
 
“NOC-un texniki xidmət və qəza-xilasetmə komandası əz-Zaviyə şəhərinin cənubunda boru kəmərində baş vermiş neft sızmasının aradan qaldırılması üçün işlərini davam etdirir”, - mətndə vurğulanır.
 
Qeyd olunur ki, Əl-Həmədə yatağından neftin bu kəmərlə nəqli dərhal dayandırılıb. Mütəxəssislər qrupu sızmanın səbəblərini müəyyənləşdirir, dağılmış neftin çıxarılması və ətraf mühitin mümkün çirklənməsinin aradan qaldırılması üçün tədbirlər görür.
Seçilən
0
5
moderator.az

10Mənbələr