AZ

ABŞ Ukrayna üzrə sülh təşəbbüslərində ən fəal vasitəçidir - Peskov

Rusiya Prezidenti Administrasiyasının sözçüsü Dmitri Peskov ABŞ-ın Ukrayna ilə bağlı sülh prosesində fəal iştirak etdiyini bildirib.

“ABŞ bu məsələdə ən fəal vasitəçi rolunu oynayır,” – deyə Kremlin rəsmi nümayəndəsi qeyd edib.

Musavat.com xəbər verir ki, Peskov eyni zamanda, Türkiyənin də vasitəçilik təşəbbüslərinə toxunaraq, Ankaranın həm görüşlər üçün platforma təqdim etdiyini, həm də real vasitəçi kimi çıxış etdiyini vurğulayıb:

“Türkiyə danışıqlar üçün məkan təqdim edib və həqiqətən vasitəçilik xidmətlərini təklif edir. Bütün digər ölkələr kimi, biz də türkiyəli həmkarlarımıza və dostlarımıza minnətdarıq,” – deyə o bildirib.

Musavat.com

Seçilən
0
1
musavat.com

10Mənbələr