AZ

Peskov: “Bu, danışıqlardan asılıdır”

“Hərbi əsirlərin kütləvi mübadiləsinin davamı danışıqların nəticəsindən asılıdır.”

KONKRET.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna arasında hərbi əsirlərin kütləvi mübadiləsinin gələcək taleyinə münasibət bildirib.

Onun sözlərinə görə, bu prosesin davam etdirilməsi tərəflər arasında aparılan danışıqların nəticələrindən asılı olacaq:

“Kütləvi əsir mübadiləsinin davam etdirilməsi məsələsi danışıqların gedişatına və yekunlarına bağlıdır”, – deyə Peskov vurğulayıb.

O əlavə edib ki, Moskva ilə Kiyev arasında aparılan danışıqlarda ən fəal vasitəçi rolunu Birləşmiş Ştatlar oynayır:
“Rusiya və Ukrayna arasında danışıqlarda ən fəal vasitəçilik missiyasını ABŞ yerinə yetirir,” – Kremlin sözçüsü qeyd edib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
45
konkret.az

10Mənbələr