AZ

Ukrayna münaqişənin həllində ən fəal vasitəçinin adı açıqlandı

BAKI, 26 may. TELEQRAF

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Ukraynadakı münaqişənin həllində ən fəal vasitəçi olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, TASS-a verdiyi açıqlamada bildirib.

"ABŞ hələ də münaqişənin həlli üçün ən fəal iştirakçı kimi çıxış edir", -deyə söyləyib.

Xatırladaq ki, mayın 19-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı keçirilib.

Dövlət başçıları Rusiya və Ukrayna arasında dərhal atəşkəsə dair danışıqlara başlanması və münaqişəyə son qoymaq üçün gələcək razılaşmanın parametrlərinin birbaşa Moskva və Kiyev tərəfindən müəyyən ediləcəyini razılaşdırıblar.

Seçilən
0
45
teleqraf.com

10Mənbələr