AZ

Almaniya Ukraynaya verilən silahların məsafə məhdudiyyətini aradan qaldırıb

BAKI, TurkicWorld

Berlin Ukraynaya göndərilən hərbi silahların uzaq mənzilli istifadəsinə qoyulan məhdudiyyətləri ləğv edib.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.

“Artıq Ukraynaya verilən silahların uzaq mənzilli istifadəsinə dair heç bir məhdudiyyət mövcud deyil” – deyə Merts bildirib.

O qeyd edib ki, bu qərarı Almaniya ilə yanaşı Böyük Britaniya, Fransa və ABŞ da qəbul edib.

Qeyd edək ki, Almaniyanın sabiq kansleri Olaf Şolts daha əvvəl bildirib ki, postunda qalacağı təqdirdə Ukraynaya verilən Almaniya silahlarının Rusiya ərazisinə qarşı istifadəsinə icazə verməyəcək. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinə Taurus tipli uzaq mənzilli qanadlı raketlərin verilməsinə də qarşı çıxıb.

Yeni kansler Fridrix Merts 16 may tarixində verdiyi açıqlamada Almaniyanın hələlik Taurus raketlərini Ukraynaya göndərməyi planlaşdırmadığını bəyan edib. O, bu qərarı hərbi heyətin təlim prosesi və texnoloji uyğunlaşma müddətinin uzun olması ilə əsaslandırıb.

Seçilən
0
17
turkic.world

10Mənbələr