ABŞ Almaniyadan Ukraynaya "Patriot" zenit-raket komplekslərinin və uzaqmənzilli raketlərin verilməsinə razılıq verib.
Azreform.info xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ştatlar Almaniyanın Ukraynaya 125 ədəd uzaqmənzilli artilleriya raketi və 100 ədəd "Patriot" göndərməsinə "yaşıl işıq yandırıb".