AZ

Almaniya “Taurus” raketlərini Ukraynaya göndərir - KİV

İndi Ukrayna çox güman ki, Almaniyanın “Taurus” raketlərini alacaq.

Axar.az xəbər verir ki, bu barədə “Clash Report” yazıb.

Almaniya kansleri Fridrix Merz Ukraynanı uzaqmənzilli silahlarla təmin etməyin vacibliyini vurğulayıb. Almaniyanın “Storm Shadow”/SCALP-EG raketlərinin analoqu olan 100-150 ədəd “Taurus” qanadlı raketləri göndərəcəyi gözlənilir”.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz Britaniya, Fransa, ABŞ və Almaniyanın Ukraynaya tədarük edilən silahlara dair mənzil məhdudiyyətini götürdüklərini açıqlamışdı.

Xatırladaq ki, “Taurus” raketlərinin uçuş məsafəsi 400 kilometrə yaxındır.

Seçilən
0
17
axar.az

10Mənbələr