AZ

Çexiya XİN: ABŞ 50 % gömrük rüsumu tətbiq edərsə, Aİ eyni şəkildə cavab verməlidir

Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarının Avropa mallarına 50 faizlik gömrük rüsumları tətbiq etməsinə eyni tədbirlərlə cavab verməli olacaq.

"Report" xəbər verir ki, bu fikri Çexiyanın xarici işlər naziri Yan Lipavski Çexiya Televiziyasının efirində bildirib.

"Əgər ABŞ həqiqətən də gömrük rüsumları tətbiq edərsə, biz Avropanın buna eyni şəkildə cavab verəcəyini bildirməliyik. Avropa ABŞ-nin yüksək gömrük rüsumları tətbiq etmək niyyətinə isterik reaksiya vermir, lakin eyni zamanda bu ehtimalı nəzərə alaraq, Vaşinqtonun hərəkətlərinə cavab olaraq iqtisadi tədbirlər paketini artıq hazırlayıb", – o deyib.

Eyni zamanda, XİN başçısının sözlərinə görə, Avropa məhsullarına gömrük rüsumları tətbiq edilənədək ABŞ ilə bu qərarın yenidən nəzərdən keçirilməsi barədə danışıqlar aparılmalıdır. Bu, dövlətlərin iqtisadiyyatına və adi vətəndaşlara mənfi təsir göstərəcək.

Seçilən
0
50
report.az

10Mənbələr