Bakı. Trend:
Aprel ayında ticarət müharibəsi fonunda Çindən ABŞ-yə ixracat 21faiz azalıb.
Trend xəbərverir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatındadeyilir.
Məlumata görə, ABŞ-Çin ticarətindəki azalma Donald Trampadministrasiyasının hələ idxal tarifləri tətbiq etməsindən öncə,mart ayında başlayıb.
Ötən ay əsasən “Apple” cihazları da daxil olmaqla, BirləşmişŞtatlara smartfon tədarükü 72 faiz azalaraq 700 milyon dollaraenib. Bu, 2011-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda,Pekin ABŞ-dan ət idxalını 29 faiz azaldıb.
Qeyd edək ki, ABŞ və Çin arasında gömrük mübahisəsinin həlliüzrə Cenevrə görüşündə tərəflər tariflərin müvəqqəti azaldılmasıbarədə razılığa gəliblər. Mayın 14-dən başlayaraq 90 gün müddətindəqüvvədə qalacaq tənzimləmə dövründə Vaşinqtonun Çin məhsullarınatətbiq etdiyi rüsumlar 145 faizdən 30 faizə, Pekinin ABŞməhsullarına rüsumları isə 125 faizdən 10 faizə endiriləcək.
Dünyada ən böyük iqtisadiyyata malik iki ölkə arasındamünasibətlər aprel ayında ticarət mübahisəsinin kəskinləşməsisəbəbindən daha da gərginləşib. Birləşmiş Ştatların PrezidentiDonald Tramp Çin mallarına 145 faiz, Pekin isə ABŞ mallarına 125faizlik rüsum tətbiq edib.