Türkiyəli aktyor Rıza Kocaoğlu əməliyyat olunub.
Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial media hesabında yazıb. O, nədən əməliiyat olunduğunu açıqlamayıb.
Bəlli olub ki, aktyor bu səbəbdən ötən gün baş tutan məhkəmədə iştirak etməyib.
Qeyd edək ki, ötən gün "İD Consultancy" şirkətinin sahibi Ayşe Barım istintaqı çərçivəsində ifadə verən R.Kocaoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Həmkarı Halit Ergençin isə 1 il 10 ay 15 gün müddətinə həbsinə qərar verilib.
Hökmün elanı təxirə salınıb.