AZ

Məhkəmə məşhur aktyorlarla bağlı qərar verdi - Video

Məhkəmə Türkiyənin tanınmış aktyorları Halit Ergenç və Rıza Kocaoğlu barəsində qərar verib.

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, qərarla Halit Ergençə 1 il 10 ay 15 gün, Rıza Kocaoğluna isə 1 il 8 ay həbs cəzası təyin edilib.

Xatırladaq ki, prodüser Ayşe Barım “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib. “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd” ittihamı ilə ədliyyəyə sövq edilən Barım sülh cinayət məhkəməsi tərəfindən həbs edilib. O, həmçinin şirkətinə bağlı olan aktyorları aksiyalara çəkməkdə günahlandırılır.

Bir müddət əvvəl də Barımın “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində şirkətinə bağlı olan aktyorların sözügedən etirazlara qoşulub-qoşulmadığı ilə araşdırma başladılıb. Aktyorlar Halit Ergenç və yoldaşı Bergüzar Korel, Dolunay Soysert, Mehmet Günsür və Rza Kocaoğlu dindirilmək üçün ədliyyəyə çağırılıblar.

Halit Ergenç və Rıza Kocaoğlu “Gəzi Parkı” etirazlarına öz istəkləri ilə qatıldıqlarını bildiriblər. Lakin prokurorluq Halit Ergenç və Rıza Kocaoğlunun ifadəsini etibarlı hesab etməyib. Bununla da aktyorlar barədə istintaq başladılmışdı.

Qeyd edək ki, H.Ergenç hazırda “Kral kaybederse” serialında baş qəhrəman “Kənan”obrazını canlandırır.

Seçilən
0
9
qafqazinfo.az

10Mənbələr