AZ

Kocaoğlu bu səbəbdən dünən Ergençin yanında olmayıb – FOTO yayıldı

Xəbər verdiyimiz kimi, məhkəmə Türkiyənin tanınmış aktyorları Halit Ergenç və Rıza Kocaoğlu barəsində qərar verib. Ergençə 1 il 10 ay 15 gün, Rıza Kocaoğluna isə 1 il 8 ay həbs cəzası təyin edilib. Lakin hər iki aktyorun əvvəllər məhkumluğu olmadığı üçün hökmün açıqlanması təxirə salınıb.

Musavat.com xəbər verir ki, dünən keçirilən məhkəmə prosesinə yalnız Halit Ergenç qatılıb.

İlk iclasda iştirak edən Rıza Kocaoğlunu bu dəfə onu vəkili təmsil edib. Kocaoğlunun həmin gün əməliyyat olunduğu ortaya çıxıb.

Rıza Kocaoğlu sosial media hesabından paylaşdığı mesajda qeyd edib:

"Əməliyyatım yaxşı keçdi, çox şükür. Hər birinizə təşəkkür edirəm".

AMEL.jpg

Musavat.com

Seçilən
0
2
musavat.com

10Mənbələr