"Aİ qeyri-qanuni miqrasiya ilə mübarizə yollarını tapmalıdır, əks halda Avropa çökə bilər".
Publika.az "Der Spiegel"ə istinadla xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.
"Düşünmürəm ki, biz Almaniya-Avstriya və ya Almaniya-Polşa sərhədində qanunsuz miqrasiyanı nəhayət dəf edə biləcəyik", - o deyib.
Almaniyanın keçmiş kanslerinin sözlərinə görə, avropalılar Avropanın necə dağıldığını izləməli ola bilərlər.