BAKI, 22 may. TELEQRAF
“Rusiya-Ukraynada münaqişənin həlli prosesi uzun müddət çəkə bilər”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Bizim heç bir illüziyamız yoxdur: tez həll yolu mövcud deyil. Proses yeni başlayıb və bir neçə həftə, bəlkə də bir neçə ay çəkə bilər”, - hökumət başçısı bildirib.
Almaniya kansleri ABŞ-nin məsələnin danışıqlar yolu ilə həllinə marağını itirməsi ilə bağlı fikirləri təkzib edib.
Mertsin sözlərinə görə, avropalılar əmindirlər ki, məsələnin sülh yolu ilə həlli həm də ABŞ-nin maraqlarına cavab verir:
“Mən bunu Amerika hökuməti, o cümlədən ABŞ Konqresi ilə apardığım müzakirələrdə çatdırmağa çalışıram. Məndə belə bir hiss var ki, Amerika hökuməti və Konqresinin əhəmiyyətli bir hissəsi bunu belə görür”.