"Suriyada keçid hökuməti bir neçə həftə ərzində çökə bilər".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
Marko Rubionun sözlərinə görə, Vaşinqtonun Suriyanın hökumətinin uğur qazanmasına kömək etmək istəyir: "Biz bu istiqamətdə səy göstəririk. Lakin uğursuzluq müharibə və regional qeyri-sabitliyə səbəb ola bilər. Əgər belə olarsa, təbii ki, bütün regionda sabitlik pozulacaq, xaos yaranacaq".
Lamiyə Əhmədli
MİA.AZ