AZ

"Rusiya İstanbul danışıqlarını ilk gündən pozmuş oldu"

"Rusiya İstanbul danışıqlarını ilk gündən pozmuş oldu. Rusiya nümayəndə heyəti Ukrayna qoşunlarının atəşkəs müqabilində beş regiondan tam çıxarılmasını tələb edir. Rusiya tərəfi bunu Ukraynanın beş regionunun konustitusiya görə Rusiya "ərazisi kimi" qəbul etməsidir. Ukrayna tərəfi isə bele bir şərti rədd edib".

Redaktor.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Rusiya tərəfindən irəli sürülən belə bir şərt danışıqları sabotaj etmək və ABŞ-ni ələ salmaqdır:

"Belə çıxır ki, sabah Ukraynada konustitusiyada dəyişiklik edib, Kursku öz ərazisi elan edə bilər. Və Rusiya qoşunlarının bu ərazilərdən çıxarılmasını tələb edə bilər. Ukrayna Rusiyadan ərazilərindən çıxarılmasını tələb etmək əvəzinə, Rusiya Ukraynadan öz ərazilərindən geri çəkilməsini tələb edir. Bununla da Kreml atəşkəsdə maraqlı olmadığını nümayiş etdirir. Belə bir şərtin verilməsi Putinin danışıqları manipulyasiya etdiyini, Trampı öz absurd təklifinə razı salacağını hesab edir. Putin hesab edir ki, Tramp atəşkəs rejiminin tətbiqinə görə Ukraynaya təzyiq etməli və Ukraynadan tələb etməlidir ki, Rusiyanın istədiyi əraziləri tərk etsin. Təbii ki, ABŞ bu şərtlə razılaşa bilməz. Putin bununla Türkiyənin vasitəçiliyini heçə endirmiş olur. Halbuki Ərdoğandan danışıqlarda vasitəçilik etməsini xahiş etmişdir".

Vasif ƏLİHÜSEYN 

Seçilən
0
50
redaktor.az

10Mənbələr