Amerika Birləşmiş Ştatlarını İstanbulda Rusiya ilə danışıqlarda Dövlət Departamentinin Siyasi Planlaşdırma şöbəsinin direktoru Maykl Enton təmsil edəcək.
Busaat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“İstanbulda Rusiya ilə Ukrayna arasında keçiriləcək danışıqlarda ABŞ administrasiyasının nümayəndəsi iştirak edəcək”.
Busaat.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio cümə axşamı Antalyada jurnalistlərin suallarını cavablandırarkən deyib.
Cümə gününə planlaşdırılan danışıqların formatı ilə bağlı Rubio bildirib ki, o, İstanbulda Türkiyə xarici işlər naziri Hakan Fidan və Ukrayna nümayəndə heyəti ilə görüşəcək.
“Mən onlarla görüşəcəyəm. Komandamızdan kimsə Rusiya ilə danışıqlara cəlb olunacaq. Onlar aşağısəviyyəli qrup göndəriblər”, – Rubio deyib.
“Ümid edirəm ki, bu danışıqlar Ukrayna və Rusiya arasında türkiyəli həmkarlarımızın, eləcə də komandamızın nümayəndəsinin və ya müvafiq səviyyədə üzvlərinin iştirakı ilə baş tutacaq”, – ABŞ dövlət katibi davam edib.