AZ

ABŞ dövlət katibi Avropa diplomatları ilə Ukraynadakı sülh prosesini müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio bir neçə yüksək vəzifəli avropalı diplomatla telefon danışığı apararaq, atəşkəsə nail olmaq və Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllini tapmaq səylərini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yazılı bəyanatında deyilir.

Məlumata görə, Rubio Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Almaniyanın xarici işlər naziri Yohan Vadeful, Polşanın xarici işlər naziri Radoslav Sikorski, Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi, Ukraynanın xarici işlər naziri Andriy Sibiha və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə danışıqlar aparıb.

Dövlət Departamentinin bəyanatında deyilir: "Liderlər Ukraynada atəşkəslə bağlı mümkün addımları və uzunmüddətli sülh prosesinə gedən yolu müzakirə ediblər".

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarını bərpa etməyə hazır olduğunu bəyan edib və mayın 15-də İstanbulda keçirilməsini təklif edib və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan görüş üçün yer ayrılmasını xahiş edəcəyini qeyd edib.

Seçilən
0
50
operativmm.az

10Mənbələr