12 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC -nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Birjanın yaydığı məlumata görə, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 22 may 2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "KREDİT EVİ" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002021494
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 1 000 ədəd
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazların buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 17%
Ödəmə Periodu: Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 (otuz) günündən bir
Tədavül müddəti: 5 il
Ticarətə buraxılma tarixi: 22.05.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC